Piter Koyoti

Piter Koyoti

Aktyor, rejissor

BİOQRAFİYA

Piter Koyoti 10 oktyabr 1941-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. 2002-ci il Qış Olimpiya oyunlarının diktoru olub. Bundan başqa “iPad”ın ilk təqdimatında məhz onun səsi səslənib. 2000-ci ildə “Oskar”ın teleyayımında aparıcılardan biri olub. Kotoyi 1960-cı illərdə “The Diggers” adlı improvizasiya teatrının təsisçilərindən biri olub. Bundan başqa bir müddət “San Francisco Mime Troupe” teatr truppasının aktyoru, ssenaristi və rejissoru olub. 1975-1983-cü illərdə Kaliforniya ştatının bədii şurasının üzvü daha sonra isə sədri olub. 1970-ci illərdə teatrdan kinoya keçid alıb və 120-dən çox filmə çəkilib. Ən əlamətdar rollarını rejissor Roman Polanskinin “Acı ay”, Pedro Almodovarın “Kike”, Jan-Pol Rappnonun “Bon Voyaj” filmlərində oynayıb. 1990 və 2000-ci illərdə bir neçə televiziya şousunda iştirak edib. Koyoti dzen-buddizm davamçılarındandır. Atası investisiya bankiri Morris Koen, anası Rut Fidler olub. Atası subetnik sefard yəhudilərindəndir. Ana tərəfi isə Çar hakimiyyəti dövründə Rusiyadan mühacirət edib. Aktyorun uşaqlığı Nyu-Cersi ştatının Enqlvud şəhərində keçib. 1960-cı ildə Duayt Enqlvud məktəbini bitirib. Tərbiyəsi ilə evlərində çalışmış qaradərili mürəbbiyənin böyük rolu olub. Verdiyi müsahibələrin birində “Süzi Nelsonun (mürəbbiyə) nüfuzu sayəsində mən yarı ağ, yarı qarayam” deyə bildirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%B9%D0%BE%D1%82%D0%B8,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç