Benson Li
Rejissor, prodüser, ssenarist
Benson Li – koreyalı-amerikalı rejissor, ssenarist və prodüserdir. 3 noyabr 1969-cu ildə Kaliforniyada anadan olub. 15 ildən çox müddət ərzində televiziya, bədii və sənədli filmlərin çəkilişi ilə məşğul olub. Həmçinin bir sıra reklam çarxlarının rejissoru olub. Daha çox “Seul axtarışı” (2015), “Xanım bazar ertəsi” (1998), “Biboyların planeti” (2007) filmləri üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində 4 filmə rejissorluq və prodüserlik edib. Ekranlara çıxan ilk filmindəcə özünü istedadlı bir rejissor kimi sübuta yetirib. Söhbət 1998-ci ildə təqdim olunan “Xanım Bazar Ertəsi” adlı trillerdən gedir. Filmin rejissorluğundan savayı, ssenaristi və prodüseri olub, həmdə mərkəzi rollardan birinə çəkilib. Debüt işini Sandens kinofestivalına çıxarıb və film münsiflər heyətinin xüsusi prizini qazanıb. 2002-ci ildə Li “Black picked fance” filminin prodüserlərindən biri olub. 6 il sonra (2008-ci ildə) Benson növbəti filmini – “Biboylar planeti” sənədli filmini tamaşaçıların sərəncamına verib. Ekran əsəri biboy incəsənət aləmi, onun hekayəsi, mədəniyyəti haqqında geniş məlumat verir. “Biboylar planeti” həmin ilin ən uğurlu və kassa gəlirli sənədli layihələrindən birinə çevrilib. Dünyanın 30-dan çox ölkəsində nümayiş olunur. 2011-ci ildə Benson Li “Biboylar planetinin” adaptasiyası ilə məşğul olmağa başlayıb və nəticədə Soni Pictures şirkəti üçün onun “Rəqs kralları” adlı bədii 3D versiyasını ərsəyə gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0496863/