Kris Braun

Kris Braun

Aktyor, reper

BİOQRAFİYA

Kristofer Moris “Kris” Braun - amerikalı müğənni və aktyordur. Debüt albomunu 2005-ci ilin sonunda, 16 yaşında buraxıb. Alboma “Run İt” adlı məşhur sinqli daxil olub. Sözügedən mahnı Billboard Hot 100 hit-paradına başçılıq edib. Beləcə Braun debüt sinqli mahnı çartında lider olmuş ilk afroamerikalı müğənni kimi tarixə düşüb. Albomun təkcə ABŞ-da iki milyondan çox nüsxəsi satılıb. Kris Braun karyerasının əvvəllərində Barbadoslu müğənni Rianna ilə eşq macərası ilə gündəmə gəlib. 2009-cu ildə 21 yaşlı Riannanı onun avtomobilində döyüb. İddiaya görə Kris ona bədən xəsarətləri yetirərək, hətta boğmağa çalışıb, sonra cinayət yerindən qaçıb. Sonradan könüllü olaraq polis bölməsinə gələrək özünü təslim edib. Məhkəmə beş il şərti cəza kəsib, həmçinin, 180-gün müddətinə ictimai işlərə cəlb olunmasını qət edib. Bundan başqa Braunun keçmiş sevgilisinə 50 metr yaxın məsafəyə qədər yaxınlaşmasına qadağa qoyulub. 2010-cu ildə məişət zorakılığına meyilli olan kişilərin reabilitasiyası proqramından keçib. Daha sonra Kris peşman olduğunu və Rianna ilə münasibətləri bərpa etmək fikrində olduğunu bildirib. 2012-ci ilin yazında onlar duet şəklində “Birthday Cake” adlı mahnını ifadə edib. Sentyabr ayında isə öz səhvini hər zaman xatırlamaq üçün bədəninə döyülmüş qadının portreti şəklində tatu döydürüb. 2012-ci ildə vyetnamlı model Karuççi Trenlə görüşməyə başlayıb. Habelə həmin ilin oktyabr ayında paparasilər onu yenidən Rianna ilə bir arada yaxalayıb. Bununla belə keçmiş sevgililər həmin vaxt yaxın münasibətlərdə olmaları ilə bağlı iddiaları təkzib ediblər. 2015-ci ildə “TMZ” nəşrinin internet- xəfiyələri gənc müğənninin 9 aylıq qızının olduğunu ortaya çıxarıb. Nəşrin yazdığına görə uşağı həmin vaxt 30 yaşında olan tanınmış model Nia dünyaya gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chris_Brown

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç