Skott Şpigel

Skott Şpigel

Rejissor, ssenarist

BİOQRAFİYA

Skott Şpigel 24 dekabr 1957-ci ildə ABŞ-ın Birminqem şəhərində anadan olub. Walnut Lake ibtidai məktəbində oxuyub, daha sonra West Maple Jr orta məktəbində təhsilini davam etdirib. Skott Sem Reymi və Brüs Kembellə eyni məktəbdə oxuyub. Şpigel yeniyetməlik illərində məktəbin qarşısında yerləşən ərzaq mağazasında çalışıb. 1989-cu ildə rejissor debütünü edib: 100 min dollar büdcə ilə “Çağırılmamış qonaq” filmini çəkib. Həmin filmdə Sem Reymi də rol  alıb, Lourens Bender isə prodüserlik edib. 1999-cu ildə “Qürubdan sübhədək” blokbasterinin sikveli olan “Texasın qanlı pulları” filmini lentə alıb. Daha çox “Qorxunc ölülər 2” filminin müəllifi kimi tanınır. Ekran əsərinin ssenarisini rejissor dostu Sem Reymi ilə yazıb. Onunla birlikdə Birminqemin (Miçiqan ştatı) Groves orta məktəbini bitirib. Şpigel Reyminin “Meşəlikdə” adlı filmində rol alıb. Şpigel ilk dəfə Los-Ancelesə gələn zaman, Reymi, Coel və İtan Koen qardaşları, aktrisa Holli Hanter, Frensis Makdormanda və Keti Beytslə birlikdə ümumiyataqxanada qalıb. Otaq yoldaşı məşhur Hollivud montajçısı Bob Muravski (“Hörümçək adam” filmindən) olub. 90-cı illərin əvvələrində Şpigel kinoda təzə addım atmağa başlayan Kventin Tarantinonu prodüser Lourens Benderlə tanış edir. Sonuncu Tarantinonun “Quduz itlər” adlı blokbasterini çəkməsinə köməklik edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%BF%D0%B8%D0%B3%D0%B5%D0%BB%D1%8C,_%D0%A1%D0%BA%D0%BE%D1%82%D1%82

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç