Reymond Kruz
Aktyor
Reymond Kruz 9 iyul 1961-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Meksika əsillidir. Kinoda “Açıq-aşkar təhlükə” siyasi trillerində Dominqo Çavez, “Ədalət naminə” filmində Hektor, “Əvəzləmə” filmində Coy Siks, “Qaya” kəskin süjetli döyüş filmində dəniz piyadası Roxas, “Mühasirədə” kriminal dramında Ramires, “Qürubdan sübhədək 2” filmində Xesus rolu ilə yadda qalıb. 1993-cü ildə “Qana qan” filmində “Vatos Locos” bandasının üzvü Çüi rolunda çıxış edib. Kruz bundan başqa “Qremlinlər 2: Yeni partiya” və “Sınaq günü” filmində çılğın banda üzvü rolunu oynayıb. Reymond Kruz “Ulduz yolu: Kosmosun dərinlikləri 9”, “Məxfi materiallar” (“Dünya fırlanır” epizodu) və “24 saat” serialının ikinci mövsümünə çəkilib. “C.S.I.: Cinayət yeri” detektiv serialının bir epizodunda qızı qətl qurbanı olmuş ata rolunu oynayıb. 2008-2009-cu illərdə “Çətinliyə baş vurmuş” serialında karyerasının ən uğurlu personajlarından birini – metanfetamin alverinə başçılıq edən mütəşəkkil dəstə başçısı Tuko Salamanka rolunu oynayıb. Həmin rolu onun “Yaxşısı budur Sola zəng et” adlı spinoffunda təkrarlayıb. 2011-ci ildə Los-Ancelesdə orta gəlirli latınamerikalı ailənin həyat hekayəsini danışan “Amerikalılar” veb-serialına çəkilib. Daha çox “Çətinliyə baş vurmuş” kriminal dramında və onun spinoff-u sayılan “Yaxşısı budur, Sola zəng vur” serialında canlandırdığı yerli mütəşəkkil dəstə başçısı Tuko Salamanka rolu ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D1%83%D1%81,_%D0%A0%D1%8D%D0%B9%D0%BC%D0%BE%D0%BD%D0%B4