Bo Hopkins

Bo Hopkins

Aktyor

BİOQRAFİYA

Bo Hopkins amerikalı aktyordur. Öz məqsədyönlüyü, çalışqanlığı və istedadı hesabına “Hollivud” ulduzlarının maşınlarını park edən gəncdən kifayət qədər tanınan aktyora çevrilib. Bo 2 fevral 1942-ci ildə Cənubi Karolina ştatının Qrinvill şəhərində anadan olub. 9 yaşında olanda gözlənilmədən atasını itirib, onu anası nənəsi ilə birlikdə böyüdüb. Yeniyetməlik illərində bir sıra çətinliklərlə üzləşib, 16 yaşında ordu sıralarına qoşulub. Xidməti başa vurduqdan sonra qonşuluqda yerləşən Qrinvud şəhərinə köçüb, teatr kastinqində iştirak edərək, uğur qazanıb və “Avqust məhtapında işləyən çay evi” tamaşasında rol əldə edib. Bu onun yay təqaüdü almasına kömək olub. Ardınca arzularının şəhəri olan Nyu-Yorka köçüb. Məqsədi artistlik karyerasını davam etdirmək, daha da püxtələşmək olub. Ancaq meqapolisin teatr həyatı və mövcud şərait onun ürəyincə olmayıb. Ona görə kor-peşman evə qayıdıb. Üstündən 9 ay keçməmiş Hollivuda üz tutub. Orada təqaüd almağa nail olur və teatr sənəti məktəbində oxumağa başlayır. 1967-ci ildə “Endi Qriffitin şousu” adlı serialına epizodik aktyor olaraq çəkilib. Bu onun teledebütü hesab olunur. Daha sonra “Vəhşi banda”  filmində (1969)  rol alır.  Çəkilişlər zamanı Bo, 50-ci illərin ABŞ kinematoqrafiyasının ulduzu sayılan və filmdə baş rolu oynayan “Vilyam Qoldenlə dostlaşır. Sonuncu onun aktyor olaraq püxtələşməsində müstəsna rol oynayır, dayağını ondan heç vaxt əksiltmir. Bo daha çox “Prezidentin məqsədi” (1989), “Kəllə ovçusu” (1989), “Sonuncu ittifaq” (1990), “Günbatandan Qüruba kimi: Texasın qanlı pullar” (1998) filmlərində oynadığı rollarla yadda qalıb. “Nüvə müharibəsi” adlı video oyunda nüvə silahı satan polkovnik Le Monde rolunu oynayıb. Aktyorluq karyerası ərzində Hopkins bir sıra tanınmış kinoaktyor və rejissorlarla o cümlədən, Oliver Stoun, Stenli Kramer, Corc Lukas, Alan Parkerlə əməkdaşlıq edib. Özü də aktyorluq sənətini həmkarları və rejissorlardan öyrəndiyini gizlətmir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.peoples.ru/art/cinema/actor/bo_hoplins/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç