Cek Tompson

Cek Tompson

Aktyor, prodüser

BİOQRAFİYA

Cek Hedli Peyn daha çox Cek Tompson kimi tanınan avstraliyalı aktyordur. Avstraliya kinosunun aparıcı simalarındandır. Cek Hedli Peyn 30 avqust 1940-cı ildə Sidneyin Menli şəhərciyində anadan olub. Tompsonun 4 yaşında ikən anası vəfat edir. İki qardaş uşaqlara baxmaq iqtidarında olmayan dənizçi atanın ümidinə qalır. Uşaq yaşlarında uşaq evinə verilən Cek Con və Pet Tompsonlar tərəfindən övladlığa götürülür. Aktyor onların soyadlarını daşıyır. Kinotənqidçi Piter Tompson onun ögey qardaşıdır. Tompson Sidney orta məktəbində təhsil alıb. “Böyük Qetsbi” (2013), “Ulduz müharibələri: Epizod 2 – Klounların hücumu” (2002), “Qaranlıqdan qorxma” (2010), “Qolda adlı qadın” (1982) və sair film və “Bonni və Klayd” (2013), “Uğurun sirri” (1995), “Reyk” (2010-2012) və digər seriallarda çəkilib. “Blokun ətrafında” (2013), “Qidalandırma” (2005) filmlərinin prodüseri olub.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE%D0%BC%D0%BF%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%BA_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç