Aysa Mayqa

Aysa Mayqa

Aktrisa

BİOQRAFİYA

Aysa Mayqa – seneqal əsilli fransalı aktrisadır. 5 may 1975-ci ildə Seneqalı Dakar şəhərində anadan olub. Atası Mali əsillidir, anası seneqallıdır. Azyaşlı olanda anası onu da götürərək Fransaya köçüb. 9 yaşına qədər Fresnes əyalətində yaşayıb. Erkən yaşlarından aktrisalığa maraq göstərib. Sinif rəhbərinin başçılığı altında sinif yoldaşları il teatr tamaşasına gedən zaman, hamıdan gizli səhnə arxasına keçib və oradan gedən prosesləri böyük maraqla izləyib. Borta məktəbdə oxuyanda aktyorluq kurslarına yazılıb. 14 yaşında olanda  “Ən uzun gecə” (1992) musiqili komediyasında debütünü gerçəkləşdirib. Daha çox “Paris, səni sevirəm” (2006), “Gözəlçələr” (2005), “Gizlin” (2005), “Bianko Nero” (2008) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 60-dan çox bədii film və serialın çəkilişində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/A%C3%AFssa_Ma%C3%AFga

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç