Yan Demanj
Rejissor, ssenarist, prodüser
Yan Demanj 1977–ci ildə Fransanın Paris şəhərində anadan olub. Tam adı Yan Munir Reda Demanjdı. Anası fransalı, atası Əlcazairdəndir. İki yaşında valideynləri ilə birlikdə Böyük Britaniyaya köçür. 18 yaşında musiqi kliplərinin çəkilişlərində işləyib və London kollecinə daxil olub. General Electric üçün bir neçə sənədli film çəkib. Milli kino və televiziya məktəbində təhsil alıb. Rejissor kimi 2003-cü ildə “Çağırışlı qızın məxfi gündəliyi” teleserialı üçün bir neçə epizod çəkməklə debüt edib. İki dəfə “Tupik” (2008) mini serialı və “Başçı” (2011) serialına görə BAFTA TV mükafatına namizəd olub. 2014-cü ildə rejissorun “71” ilk tammetrajlı dram filmi çəkilib. Film Berlin kinofestivalının ekumenik münsiflərinin xüsusi mükafatına, Britaniya müstəqil kinomükafatına layiq görülüb. Həmçinin Afina, Münhen, Filadelfiya, Tiranada MKF mükafatını qazanıb.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/director/euro/280776/bio/