Şameik Mur

Şameik Mur

Aktyor

BİOQRAFİYA

Şamik Mur (ing. Shameik Moore) Yamayka əsilli amerikalı aktyor və reperdir. 4 may 1995-ci ildə ABŞ-ın Corciya ştatının Atlanta şəhərində dünyaya göz açıb. Mur aktyor karyerasına televiziyada epizodik rollara çəkilməklə başlayıb. İlk əvvəl “Peyn ailəsinin evi” və “Rid sətrlər arasında” (2011) seriallarında görüntülənib. Amerika auditoriyasında ona ilk şöhrəti gətirən işi “Narkotik” filmində oynadığı rol olub. Ekran əsəri müstəqil rejissor işlərinin nümayiş olunduğu “Sandens kinofestivalında təqdim olunub. Mur həmçinin 2016-2017-ci illərdə Netlflix onlayn kinoteatrının yayımladığı “Bişirmə” serialında mərkəzi rollardan birini oynayıb. 2018-ci ildə “Hörümçək adam” cizgi filmində baş personajı səsləndirib. Sözügedən animasiya 2019-cu ildə ən yaxşı animasiya nominasiyasında “Oskar” mükafatı qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%83%D1%80,_%D0%A8%D0%B0%D0%BC%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç