Oded Fer

Oded Fer

Aktyor

BİOQRAFİYA

Oded Fer – israilli kino və televiziya aktyorudur. Hazırda ABŞ-da yaşayır. 23 noyabr 1970-ci ildə Təl-Əviv şəhərində yəhudi ailəsində anadan olub. 18-21 yaşlarında İsrail hərbi donanmasında xidmət edib. Xidməti başa vurduqdan sonra Avropaya köçüb. Biznesə girişsə də, uğursuzluqla üzləşib. Fer beləcə aktyor olmaq fikrinə düşür. Qədim Viktorian teatrının Bristol aktyorluq məktəbində oxuyur. Təhsili başa vurduqdan sonra “Don Juan müharibədən qayıdır” opera tamaşasında baş rolu onu həvalə ediblər. 1999-cu ildə çəkildiyi “Mumiya” qorxu filmində oynadığı Ardet Bəy rolu onun kinoda “vizit kartına” çevrilib. 2001-ci ildə filmin sikvelinə çəkilir. 2004-cü ildə “Məkr Yuvası: Apokalipsis” filmində mərkəzi rollardan birini oynayıb. 2004-cü ildə populyar “Ovsunlanmışlar” teleserialında Zanka adlı əcinə personajını canlandırıb. 2010-cu ildə “Gizli əməliyyat” teleserialının çəkilişində “ulduz qonaq” kimi iştirak edib. Serialın 12 epizoduna çəkilib. 2017-ci ildə “Qətlin məsuliyyətində yayınma” serialının aktyor heyətinə qoşulub. Hazırda Santa-Monika (ABŞ) şəhərində yaşayır. 2000-ci ildə Ronald Tollefsonla ailə qurub. Cütlüyün üç övladı var: Finli, Attikus və Azeliya.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D1%80,_%D0%9E%D0%B4%D0%B5%D0%B4 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç