Martin Breqman
Prodüser
Martin Breqman 18 may 1926-cı ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Karyerasına kommersiya direktoru və bir sıra aktyorların, məsələn, Barbra Streyzand, Alan Ald, Bett Midler, Maykl Duqlas, Vudi Allenin impresariosu kimi başlayıb. Təcrübə topladıqdan sonra, tanınmış kinematoqraflarla prodüser qismində əməkdaşlığa başlayıb. Prodüser ampluasında ilk tammetrajlı bədii filmi rejissor Sidni Lümetin “Serpiko” filmi olub (baş rolu Al Paçino ifa edir). Film kinotənqidçilərin müsbət rəyini qazanıb, həm də kommersiya planında çox uğurlu olub. Onun növbəti kinolayihəsi – “Köpək günortası” daha böyük müvəffəqiyyət əldə edib. Martin növbəti layihələrində də Al Paçino ilə məhsuldar əməkdaşlığı davam etdirib. Onların növbəti birgə işi “Çapıqlı” (Scarface) filmi olub. Oliver Stounun ssenarisi əsasında çəkilmiş film 20-ci əsrin ikinci yarısının kult filmlərindən birinə çevrilib. 1993-cü ildə Al Paçino və rejissor De Palmla yenidən bir araya gələrək “Karlitonun yolu” kriminal dramını ərsəyə gətirib. 1999-cu ildə Denzel Vaşinqton və Ancelina Colinin baş rollara çəkildiyi kəskin sujetli “Qorxu Hakimiyyəti” (Bone Collector) detektiv trillerinin yaradılmasında iştirak edib. 16 iyun 2018-ci ildə 92 yaşında beyinə qansızmadan vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Martin_Bregman