Arzum Onan

Arzum Onan

Aktrisa

BİOQRAFİYA

Arzum Onan – türkiyəli aktrisa və modeldir. 31 oktyabr 1973-cü ildə Türkiyənin Ankara şəhərində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra ailəsi İstanbula köçüb, orada peşə məktəbində oxuyub. Arzum karyerasına 1992-ci ildə model olaraq başlayıb. 1993-cü ilin aprel ayında “Miss Türkiyə” gözəllik müsabiqəsində iştirak edib və titul qazanıb. Elə həmin ilin iyulunda ölkəsini “Miss Avropa” konkursunda təmsil edib və qalib gəlib. 1997-ci ildən etibarən film və reklam çarxlarına çəkilir. 1996-cı ildə Arzum aktyor Mehmet Aslantuğla ailə qurub. Onların 1999-cu il təvəllüdlü Can adlı oğlu var. Hazırda asudə vaxtlarında heykəltəraşlıqla məşğul olur. Ana dili ilə yanaşı ingilis dilində sərbəst danışa bilir. 2010-cu ildən etibarən kinokaryerasını dayandırıb. Yalnız bəzi teleseriallara çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://tvnovella.ru/aktrisy-serialov/turetskie/arzum-onan-arzum-onan

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç