Toma Lanqmann

Toma Lanqmann

Prodüser, aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Toma Lanqmann — fransalı kinoprodüser, ssenarist, aktyor və rejissordur. 24 may 1971-ci il Fransanın Paris şəhərində anadan olub. Ən yaxşı film nominasiyasında “Oskar” mükafatının qalibi olub. Rejissor Klod Berrinin oğludur. Lanqmann aktyorluq karyerasına yeniyetməlik yaşlarında atasının filmlərindən başlayıb. 1988-ci ildə "Les années sandwiches" və 1991-ci ildə "Paris s'éveille" filmlərində ümidverici gənc aktyor kateqoriyasında və 1993-cü ildə "Le Monde nombril" filmində “ən yaxşı aktyor” kimi “Sezar” mükafatına namizəd seçilib. “Artist” filminin yaradıcılarından biri olub və film 2012-ci ildə “Oskar” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Thomas_Langmann

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç