Allie Bertram

Allie Bertram

Aktrisa

BİOQRAFİYA

Allie Bertram — kanadalı aktrisa və rəqqasədir. “Radio qiyamçı” filmində Kim və “Mako adasının sirrləri” serialında Mimmi rolları ilə tanınıb. Allie 1989-cu ildə Kalqaridə anadan olub. İdmançılar üçün sərhəd məktəbini bitirib. Aktrisa beynəlxalq balet məktəbində oxuyub və Solo Seal 2007 mükafatını qazanıb. Beynəlxalq balet “Genee” müsabiqəsində bürünc medal qazanıb. Sərhəd kollecində təhsil aldığı ərəfədə Afrikada Kilimancaro dağına qalxmaq imkanı yaranıb. Zirvəni fəth edən Allie puantlarını geyinərək müxtəlif balet hərəkətlərini nümayiş etdirib. Kalqaridə “So You Think You Can Dance Canada” rəqs müsabiqəsində iştirak edərək ikinci yeri tutub. Daha sonra özünü aktrisa kimi sınamaq qərarına gəlib.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%80%D1%82%D1%80%D0%B0%D0%BC,_%D0%AD%D0%BB%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç