Sienna Gillori
Aktrisa, rejissor, prodüser
Sienna Tiqqi Gillori 16 mart 1975-ci ildə İngiltərənin Ketterinq şəhərində dünyaya göz açıb. Atası Amerikanın xalq artisti Ayzek Gilloridir. Valideynləri Siennanın 2 yaşı olanda İngiltərənin Fulhem şəhərinə köçüb. 11 yaşında olanda isə Norfolk şəhərinə məskunlaşıblar. Anabir Ceyms adlı qardaşı var. Valideynləri 1990-cı ildə boşanıblar. Həmin vaxt gələcək aktrisanın 14 yaşı var idi. 1993-cü ildə atası Vikki Makmillanla evlənib. Gillori Norfolk şəhərində Qreşems məktəbində oxuyub. Orta məktəb şagirdi olduğu illərdə tez-tez teatr tamaşalarında səhnəyə çıxıb. 2000-ci ildə atası 53 yaşında vəfat edib. Sienna Gillori ABŞ publikasına “Yelena Troyanskaya” mini serialında oynadığı Yelean rolu ilə özünü sevdirib. Eyni zamanda “Məkr Yuvası 2: Apokalipsis”, “Zaman Maşını” və “Real Sevgi” kimi filmlərə çəkilib. 2000-ci ildə ingilis aktyor Enso Çilenti ilə görüşməyə başlayıb. 2002-ci ildə onlar münasibətlərini rəsmiləşdiriblər. 2011-ci ildə əkiz qızları dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B8%D0%BB%D0%BB%D0%BE%D1%80%D0%B8,_%D0%A1%D0%B8%D0%B5%D0%BD%D0%BD%D0%B0