Susan Bleykli

Susan Bleykli

Aktrisa

BİOQRAFİYA

Susan Bleykli 7 sentyabr 1948-ci ildə anadan olub. 1977-ci ildə “Qızıl Qlobus” mükafatı laureatı və iki dəfə “Emmi” mükafatı namizədi olub. Bleykli kinoda “İki qəlbin görüşü” filmində kiçik rolla debüt edib. Daha sonra “Səma altında cəhənnəm” qəza filmində çəkilib. “İstintaqçı üçün məruzə”, “Fletbuş lordları” və “Kapone” filmlərindəki rolları ilə tanınıb.  “Zəngin, yoxsul” mini serialındakı roluna görə “Qızıl qlobus” mükafatına layiq görülüb və iki dəfə “Emmi” mükafatına namizəd olub. Frensis Farmerin 1984-cü ildə “Səhər nə vaxtsa açılacaqmı?” filmindəki roluna görə “Qızıl Qlobus” mükafatına namizəd olub. 1979-cu ildə “Aeroport-79: Konkord” filmində baş qadın rolunda çəkilib. Lakin film uğursuz olub. Növbəti illərdə Bleykli “Var gücü ilə”, “Qadın klubunda qətl”, “Mənim anam-bədheybətdir” filmlərindəki rolları ilə yadda qalıb. Televiziyada “Hotel” və “Felkon Xaçı” seriallarında rol alıb. Son illərdə Bleykli daha çox “Bacı və qardaşları”, Sautlend” və “Vəhşilər şəhəri”“seriallarında görünür. Aktrisa iki dəfə ailəli olub, övladı yoxdur.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BB%D1%8D%D0%B9%D0%BA%D0%BB%D0%B8,_%D0%A1%D1%8C%D1%8E%D0%B7%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç