Corco Moroder
Bəstəkar, aktyor, prodüser
Covanni Corco Moroder 26 aprel 1940-ci ildə İtaliyada anadan olub. 1970-ci illərdə elektron musiqi, disko musiqinin yaradıcılarından biridir. Kinofilmlər üçün musiqi bəstələyib. 1970-ci illərdə kinematoqrafiya sahəsində işləməyə başlayıb. Alan Parkerin “Gecəyarısı ekspressi” (1978) filmi üçün orijinal musiqi bəstələyən Corco ilk uğurlu işə imza atır. Bu işinə görə “Oskar” mükafatına layiq görülüb. 1980-ci illərdə yalnız kino sahəsində çalışıb. Bir sıra məşhur filmlər üçün musiqi bəstələməklə məşğul olub. Onların sırasında: “Amerikalı jiqalo”, “Pişik insanlar”, “Çapıqlı sima”, “Rəqs partlayış”, “Sonsuz əhvalat”, “Elektrik xəyallar” filmləri yer alır. 1984-cü ildə Los-Anceles və 1988-ci ildə Seulda keçirilən Olimpiya oyunlarının, 1990-cı ildə Futbol üzrə dünya çempionatının rəsmi musiqi mətni Moroderə məxsusdur. 73 yaşında Fransua Kevorkyanın Nyu-Yorkda keçirilən “Deep Space” gecəsində Moroder dicey kimi debüt edib. 2014-cü ildə Corcio bir neçə “Doo Bee Doo”, “Midnight” və “I Can’t Give You Anything but Love, Baby” remiks, “Giorgio’s Theme” yazdırır. 2015-ci ildə Corconun Kayli Minouq, Siya, Britni Spirs, Charli XCX, Mikki Ekko, Foxes və Mettyu Koma ilə birlikdə Déjà Vu studiya albomu işıq üzü görür.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%80%D0%BE%D0%B4%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%BE%D1%80%D0%B4%D0%B6%D0%BE