Menahem Qolan

Menahem Qolan

Prodüser, ssenarist, rejissor, aktyor

BİOQRAFİYA

Menahem Qolan (31 may 1929 — 8 avqust 2014) — yəhudi kinorejissor və Cannon Films şirkətinin prodüseri olub. 1960-cı ildə Nyu-York universitetində kino sənətinə yiyələnib, prodüser və rejissor Rocer Kormanla işləyən qrupun üzvü olub. 1963-cü ildə İsrailə qayıdır və Haima Topol və Qila Almaqorun iştirakı ilə “Eldorado” ilk filmini lentə alır. Film “Kinor David” mükafatına layiq görülüb. 1964-cü ildə “Dalya və dənizçilər” filmini çəkir. Kuzeni Yoram Qlobusla “Sirtey Noah” (Qolanın atasının şərəfinə adlandırılan) kinoşirkətini təsis edib. 1960-70-ci illərdə onlarla film çəkən Qolanın “Yonatan” əməliyyatı” filmi bütün dünyada məşhur filmlərdən biri olmaqla “Oskar” və “Qızıl Qlobus” mükafatına namizəd olub. 1978-ci ildə Qolan və Qlobus Hollivuda köçür və Сannon Group kiçik şirkətinin sahibi olur. 1980-cı ildə şirkət elmi fantastika janrında olan “Alma” filmini təqdim edib. Bu film ən pis filmlərin siyahısında yer alır. Bir neçə uğursuz işdən sonra, nəticədə Hollivudun prodüserləri adını qazanmağa bacara biliblər. Sonda Canon şirkətinin fəaliyyətini dayandıran Qolan, Qlobusla iş birliyini dayandırmağa qərar verir. Menahem Qolan “21 əsrin filmləri” şəxsi şirkətini açıb. Şirkətin bir sıra filmlərini, xüsusilə “Kapitan Amerika” (1990) filmi ilə tanınır. Şirkətin fəaliyyəti dayandırıldıqdan sonra Qolan Qlobusla iş birliyini bərpa edir. 1980-cı illərin sonunda Qolan və Qlobus İsrailsə kinoteatrlar şəbəkəsini təsis edib.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%BB%D0%B0%D0%BD,_%D0%9C%D0%B5%D0%BD%D0%B0%D1%85%D0%B5%D0%BC

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç