Rocer Everi

Rocer Everi

Ssenarist, prodüser

BİOQRAFİYA

Rocer Everi – amerikalı ssenarist, prodüser və kinorejissordur. “Kriminal qiraət” (Pulp Fiction) filminə yazdığı ssenariyə görə Kventin Tarantino ilə birlikdə “Oskar” mükafatına layiq görülüb ("Ən yaxşı orijinal ssenari" nominasiyası). Rocer Everi 23 avqust 1965-ci ildə Kanadanın Flin Flon şəhərində anadan olub. Uşaqlığı Arizona ştatında keçib. 1970-ci illərin əvvəllərində ailəsi Kaliforniya ştatına köçüb. Orada Mira Kosta məktəbində oxuyub. 1979-cu ildə Cənubi Kaliforniyanın ilk videomağazalarından sayılan "Video Out-Takes" dükanında işləməyə başlayıb. Dükanın sahibi atasının yaxın dostu Skott Maqill idi. Everinin 8 mm kamera ilə çəkdiyi ilk qısametrajlı filmlərindən biri ona 1983-cü ildə LAFTA mükafatını qazandırıb. 1985-1986-cı illərdə Menlo kollecində oxuyub. Həmin təhsil ocağından “Seks qaydaları” filmində Kemden kollecinin prototipi qismində istifadə edib. Eyni zamanda, "Art Center" dizayn kollecində təhsil alıb. 1987-ci ildə Avropa ölkələri boyunca səyahətə çıxıb və topladığı təcrübə və aldığı təəssüratlar əsasında “Seks qaydaları” və “Zoini öldürməli” kimi serialların əsas epizodlarının ideyasını ortaya qoyub. 2008-ci ildə səbəb olduğu yol qəzasında bir nəfər həlak olub. Bir il müddətinə azadlıqdan məhrum edilsə də, 8 aydan sonra sərbəst buraxılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Roger_Avary

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç