Lori Holden

Lori Holden

Aktrisa

BİOQRAFİYA

Lori Holden 17 dekabr 1969-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) aktyor ailəsində anadan olub. Doğumundan beş il sonra valideynləri boşanıb. Uşaqlığı Los-Anceles və Torontoda keçib. İkili vətəndaşlığa malikdir (ABŞ, Kanada). Valideynləri boşandıqdan sonra anası rejissor Maykl Andersonla evlənib. Lorinin aktyorluq istedadının üzə çıxmasında məhz ögey atasının müstəsna rolu olub. 1980-ci ildə onu “Mars salnamələri” adlı mini-seriala çəkib. Yeniyetməlik illərində Torontonun prestijli agentliyində fotomodel işləyib, paralel olaraq televiziya və kinoda kiçik rollar oynayıb. Geniş ekranlarda debütü 1986-cı ilə təsadüf edir: “Xüsusi tətillər” filmi onun karyerasında sürətli yüksəlişə yol açır. Ardınca “Kapitan Pauer və Gələcəyin əsgərləri” və “Daulinq atanın sirləri” kimi teleseriallarda əlamətdar obrazları canlandırır. Orta məktəbi bitirdikdən sonra model karyerasını dayandırıb və Makgil universitetinə daxil olaraq, iqtisadiyyat və fəlsəfə üzrə təhsil alıb. Bir il təhsil aldıqdan sonra Kaliforniya universitetinə keçib, orada teatr sahəsi üzrə bakalavr dərəcəsi əldə edib. Daha çox “Məxfi materiallar” (1996-2002) serialında Marita Kovarrubias, “Sipər” (2009) kriminal teledramında agent Oliviya Mürrey, “Gəzən ölülər” serialında (2010-2013) Andrea rolu ilə tanınır. Böyük ekranlarda isə “Majestik” (2001), “Saylent Hill” (2006), “Duman” (2007), “Gicbəsər, ondan da gicbəsər 2” (2014) filmlərində oynadığı rolları ilə yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%BB%D0%B4%D0%B5%D0%BD,_%D0%9B%D0%BE%D1%80%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç