Codell Ferland

Codell Ferland

Aktrisa

BİOQRAFİYA

Codell Mayka Ferland - kanadalı aktrisa, “Emmi” mükafatına namizəd olub. Bundan başqa “ən yaxşı aktrisa” kateqoriyasında “Cinni” (Kanada) mükafatı nominantı olub. Həmçinin “Saturn” mükafatına namizəd olub. Codell Ferland 9 oktyabr 1994-cü ildə Kanadanın Nanaymo şəhərində anadan olub. Aktrisa fransız-avstriya əsillidir. Bundan başqa damarlarından anqlo-sakson qanı axır. Dörd yaşından etibarən reklam çarxlarına çəkilməyə başlayıb. 20-dən çox brend məhsulun və xidmətin, o cümlədən Coca-Cola, Mattel və sair reklamlarda rol alıb. Sonradan yerli televiziya seriallarına yol tapıb. “Qara mələk”, “Ruhları toplayan”, “Fövqəltəbii” kimi seriallara uşaq rollarına çəkilib. “Su pərisi” adlı tammetrajlı televiziya filmində debüt edib. Həmin rol ona “ən yaxşı uşaq rolu ifası” nominasiyasında “Emmi” mükafatına namizədlik qazandırıb. Beləcə o ən azyaşlı nominant kimi “Emmi”nin tarixinə düşüb. Codellin Marişa adlı bir bacısı  (1987, aktrisa, vizajist) və Ceremi (1985, musiqiçi) adlı bir qardaşı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D1%80%D0%BB%D0%B0%D0%BD%D0%B4,_%D0%94%D0%B6%D0%BE%D0%B4%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç