Jan-Fransua Rişe
Rejissor, ssenarist
Jan-Fransua Rişe 2 iyul 1966-cı ildə Paris yaxınlığında yerləşən Mo şəhərində (Fransa) anadan olub. 1995-ci ildə rejissorluq debütü olaraq “Yerlərin vəziyyəti” filmini çəkir və “Ən yaxşı debüt film” kimi "Sezar" mükafatına layiq görülür. 1997-ci ildə Paris ətrafındakı küçə quldurlarının həyatından bəhs edən “Ma 6-T va crack-er" filmini çəkir. Fransada üç film çəkdikdən sonra Rişe ABŞ–a yollanır və Con Karpenterin icazəsi ilə 1976-cı ildə ekranlaşdırdığı “13-cü əraziyə hücum” filminin remeykinə rejissorluq edir. Rişenin filmi 2005-ci ildə ekrana çıxır. 2008-ci ildə Fransua Rişe 70-ci illərdə Fransanın 1 nömrəli düşməni elan olunan Jak Merin haqqında “Dövlət düşməni №1” filmini çəkir. 2009-cu ildə filmin baş qəhrəmanını canlandıran aktyor Vensan Kassel "Ən yaxşı kişi rolu", Rişe isə "Ən yaxşı rejissor işi"nə görə "Sezar" mükafatına layiq görülürlər. 2015-ci ildə Klod Berrinin 1977-ci ildə çəkdiyi “Bu utandırıcı an” filminin eyniadlı remeykini təqdim edir. Filmin əsas rollarında Vensan Kassel, Fransua Klüze, gənc aktrisalar Lola Le Lann və Elis İsaaz çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jean-Fran%C3%A7ois_R...