Elizabet Allen Rozenbaum
Rejissor, prodüser, aktrisa
Elizabet Allen Rozenbaum – amerikalı kinorejissor və prodüserdir. Daha çox “Arzularınla diqqətli ol”, “Akvamarin” və “Ramona və Bizus” filmlərinin (sonuncu yazıçı Beverli Klirinin novellasının motivləris əsasında çəkilib) rejissoru kimi tanınır. Allen həmçinin “Sözgəzdirən”, “Gözlənilməz həyat”, “Vampir gündəlikləri”, “90210: Yeni nəsil” və “Kompanyonlar” kimi reytinqli yeniyetmə seriallarının bəzi epizodlarını lentə alıb. Elizabet Allen 1971-ci ildə ABŞ-ın Nyu-York ştatının Saffolk şəhərində anadan olub. Atası nüfuzlu fizik, Qumbolt mükafatı laureatı və Quqqenhaym təqaüdçüsü olub. Liz orta təhsilini Uord Melvil adına məktəbdə alıb. Aspiranturanı Cənubi-Kaliforniya Universitetində başa vurub. Cek Nikolsonun sinifində oxuyub və rejissorluğa əsas namizəd olaraq xüsusi təqaüd laureatı olub. Həmçinin “Coca-cola” brendinə çəkdiyi reklama görə “Clio” beynəlxalq mükafatına namizədlərdən olub. Onun diplom işi olaraq 2001-ci ildə çəkdiyi “Eyeball Eddie” adlı qısametrajlı filmi bir sıra beynəlxalq kinofestivallarda nümayiş olunub. Filmin süjeti aşağı özünəinam səviyyəsi olan oğlanla şüşə gözün qarşılıqlı əlaqələrin müstəvisində qurulub. Ekran əsəri Allenin böyük kinoya gəlişi və rejissor debütü üçün tramplin rolunu oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: