Amrita Rao
Aktrisa
Amrita Rao 7 iyun 1981–ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Fotomodel karyerasından başlayıb. Onun kinoda debütü 2002-ci ildə rejissor Rac Kanvarın “Ab Ke Baras” filmində olub. Növbəti ildə “Ishq Vishk” romantik filmindəki roluna görə “Ən yaxşı qadın debütü” kateqoriyasında "Filmfare" mükafatına namizəd olub. Bu film Amritaya məşhurluq gətirib. Bu filmdəki roluna görə çoxsaylı mükafatlara layiq görülüb. Onun çəkildiyi "Masti və Main Hoon Na" filmləri isə əsl blokbasterə çevrilib. Lakin “Deewar” (2004), “Vaah! Life Ho To Aisi” (2005), “Shikhar” (2005) və “Pyare Mohan” (2006) filmləri tamaşaçı rəğbəti qazanmayıb. Buna baxmayaraq sonuncu Şahid Kapurla çəkildiyi “Vivah” filmi beynəlxalq miqyasda tanınıb. Amritanın ifası tənqidçilər tərəfindən bəyənilib. Amrita aktrisalıqdan başqa, müğənni kimi də çalışır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.16x9.tv/encyclopaedia/person/a_rao.html