Malaika Arora

Malaika Arora

Aktrisa, prodüser

BİOQRAFİYA

Malaika Arora — hind aktrisası, rəqqasə, aparıcı və viceydir. Malaika 23 avqust 1973-cü ildə Thane şəhərində (Hindistan) pəncablı Anilin ailəsində anadan olub. Onun bacısı Amrita da aktrisadır. 11 yaşında ikən valideynləri boşanıb. “Chaiyya Chaiyya”, “Gur Naalo Ishq Mitha”, “Maahi Ve”, “Kaal Dhamaal” və “Munni Badnaam Hui” kimi mahnılarda solo nömrələri ilə tanınıb. Daha çox "Kaante" (2002), "Om Shanti Om" (2007), "Housefull" (2010), "Housefull 2" (2012), "Happy New Year" (2014) filmlərindəki rolları ilə məşhurlaşıb. 1998-cı ildə Malaika məşhur aktyor Salman Xanın qardaşı, aktyor, prodüser və rejissor Arbaaz Xanla ailə qurub. Cütlüyün 2002-ci ildə Arhaan adlı oğlan övladı dünyaya gəlib. 2016-cı ilin əvvəlində Xan cütlüyü ayrılıb, daha sonra boşanıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Malaika_Arora

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç