Maheş Babu

Maheş Babu

Aktyor, prodüser

BİOQRAFİYA

Maheş Babu Qhattamaneni 9 avqust 1975-ci ildə Tamilnad ştatının Mədrəs şəhərində aktyor Krişna Qhattamaneninin ailəsində anadan olub. Yeddi "Nandi Awards", 4 — "Filmfare Award Telugu" və əsas kişi rollarının ifasına görə bir sıra mükafatların sahibidir. Maheş aktyorluq karyerasına 1979-cu ildə dörd yaşındaykən başlayıb. O rejissor Dasari Narayan Raonun filmində çəkilib. 1983-cü ildə rejissor Kodi Raakrişna uzunmüddətli sınaq çəkilişlərindən sonra aktyor Krişnanın qardaşı roluna Maheşi dəvət edir. 1987-ci ildə ilk dəfə atasının rejissor olduğu Sankharavam filmində çəkilib. Onun növbəti "Koduku Diddina Kapuram" (1989) layihəsində Maheş ikili rolda çəkilib. Krişnanın yeddi filmində uşaq rollarında çəkilib. Balachandrudu və Anna Tammudu (1990) filmlərindən sonra təhsilinə daha zaman ayırmaq məqsədilə bir müddət çəkilişləri dayandırır. 1999-cu ildə Maheş kino sənayesinə rejissor K.Raqhavendra Raonun Raja Kumarudu filmində Prita Zinta ilə tərəf-müqabili olan baş qəhrəman rolu ilə dönüş edir. Film ona uğur gətirərək ən yaxşı kişi debütü nominasiyasında "Nandi Award" mükafatını qazandırır. Maheşə “Şahzadə Maheş” ləqəbi verilib. 2001-ci ildə Sonali Bendre ilə rejissor Krişna Vamsinin “Gizli həqiqət” filmində çəkilib. Roluna görə Nandi Award münsif heyətindən xüsusi mükafat qazanıb. Bhumika Çavla ilə rejissor Qunaşekharın “Yeganəm” filmində rol alıb. Bu film Maheş üçün karyerasında dönüş yaratdı və ona ən yaxş kişi roluna görə Filmfare Awards South mükafatını qazandırıb. Rejissor Surrender Reddinin “Atidi” (2007) filmində Amrita Rao ilə tərəf müqabili olan Rameş baş rolda çəkilib. Filmdən sonra Rameş ailə vəziyyəti ilə əlaqədar çəkilişlərə fasilə verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%85%D0%B5%D1%88_%D0%91%D0%B0%D0%B1%D1%83

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç