Ben Kotton

Ben Kotton

Aktyor

BİOQRAFİYA

Ben Kotton 26 iyul 1975-ci ildə Kanadanın Edmonton şəhərində dünyaya gəlib. Erkən yaşlarında ailəsi ilə birlikdə Keloun şəhərinə köçüb. Məktəbdə oxuduğu illərdə bacısı onun dram dərnəyinə yazılmasına israr edib. Habelə aktyorluq ürəyincə olmayıb. Habelə aktyorluq istedadının olduğunu ona Nyu-York Teatr məktəbinin müəllimi inandıra bilib. Bir sıra tamaşalardan sonra onda teatrda maraq oyansa da, 1997-ci ildə Vankuverə köçüb və kino və televiziyada rol qazanmağa çalışıb. Aktyorluq sənətinin incəliklərini mənimsəmək üçün gecə dram sənəti üzrə xüsusi kurslara gedib, səhərlər isə restoranda işləyib. Üç ildən sonra işdən çıxaraq, ödənişli və ödənişsiz əsaslarda müxtəlif epizodik rollar oynamağa başlayıb. Sonradan az-çox tanınmağa başlayıb və ikinci plan rollara dəvət alıb. Ben Kotton daha çox “Ulduz qapıları: Atlantida” serialında Doktor Kavana və “Cəhənnəm pişikləri” serialında Trevis Qatri rolu ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://once-upon-a-time.fandom.com/ru/wiki/%D0%91%D0%B5%D0%BD_%D0%9A%D0%BE%D1%82%D1%82%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç