Cill Hennessi

Cill Hennessi

Aktrisa

BİOQRAFİYA

Cillian Noel “Cill” Hennessi 25 noybar 1968-ci ildə Kanadanın Alberta əyalətinin Edmonton şəhərində dünyaya göz açıb. Atası qəssab-ət dükanı satıçısı, anası katibə olub. Anası 1982-ci ildə ailəni atıb. Cillin tərbiyəsi ilə Ontario əyalətində yaşayan nənəsi məşğul olub. Mülki işlərə baxan hakim Con Pol adlı qardaşı və onun kimi aktrisalıqla məşğul olan Jaklin adlı bacısı var. Hennesi ata tərəfdən irland, fransız, isveç və italyan əsillidir. Anasının isə bir tərəfi avstriylalı və digər tərəfi ukrayna qaraçılarının nəslindəndir. Hennessi “Grand River Collegiate İnstitute” məktəbini (Ontario əyaləti) bitirib. Yeniyetməliyində Toronto metropolitenində küçə musiqiçisi kimi fəaliyyət göstərib. 1988-ci ildə bacısı ilə “Ölümcül bağlanmışlar” adlı filmə bacısı ilə çəkilib. 1993-cü ildə doktor Meri Lazarus rolunda “Robokop 3” fantastik döyüş filminə çəkilib. 1993-1996-cı illərdə “Qanun və Qayda” serialında Kler Kinkeyd rolunu oynayıb. 2001-ci ildə “Yeni Kamelotun buzları” serialında Jaklin Kenedi obrazını canlandırıb. “Qanun və qayda” və “Cordanın istintaqı” seriallarında canlandırdığı obrazlarla yadda qalıb. 2001-2007-ci illərdə “Cordanın istintaqı” serialında baş rolu oynayıb. Hennesi poliqlotdur. İngilis, italyan, fransız, ispan və alman dillərində danışa bilir. 1 oktyabr 2000-ci ildə Nyu-Cersidə iaşo obyekti çalışdıran Paolo Mastopyerto ilə ailə qurub. Cütlüyün iki övladı var. 2009-cu ildə Kanadanın şöhrət xiyabanında adına ulduz lövhəsi qoyulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%BD%D0%BD%D0%B5%D1%81%D1%81%D0%B8,_%D0%94%D0%B6%D0%B8%D0%BB%D0%BB

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç