Ceremi London

Ceremi London

Aktyor, prodüser

BİOQRAFİYA

Ceremi Maykl London – amerikalı aktyor, prodüser və rejissordur. Ceremi və əkiz qardaşı Ceyson 7 noyabr 1972-ci ildə ABŞ-ın San Dieqo şəhərində anadan olub. Hər iki qardaşı erkən yaşlarından aktyorluq istedadını ortaya çıxarıb. Kinoya üz tutmuş qardaşından fərqli olaraq, televiziya sahəsini seçib. İlk əlamətdar rolunu 1991-ci ildə “Mən uçacam” (I’ll Fly Away) serialında oynayıb. 1995-ci ildə Kevin Smitin “Supermarket avaraları” romantik komediyasında baş rollardan birini (T.S.Kvint) oynayıb. Sözügedən rol Londona müəyyən şöhrət gətirir, 1997-ci ildə “Biz beş nəfərik” (Party of Five) serialının aktyor heyətinə qoşulur. 1999-cu ildə Jül Vernin ölməz əsərinin ekran adaptasiyası olan “Yerin mərkəzinə səyahət” macarə mini-serialına baş rola çəkilib. Həmin vaxtdan bəri aktyor onlarla televiziya filmi, teletamaşa və teleseriala çəkilib. Qardaşlı ilə birlikdə yalnız “Göyün yeddinci qatı” teledramının “Smokinq” epizodunda görüntülənib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/video/show/eksklyuzivnoe_videointervyu_vokrug_tv_s_semenom_slepakovym/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç