Çad Maykl Mürrey

Çad Maykl Mürrey

Aktyor

BİOQRAFİYA

Çad Maykl Mürrey 24 avqust 1981-ci ildə ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində anadan olub. Çadın dörd qardaşı və bir bacısı var. Ata tərəfi ingilis-alman əsillidir, anasının damarlarından isə polşa və irland qanları axır. Çadın on yaşı olanda anası ailəni atıb. Məktəbi bitirdikdən sonra bir müddət qəzetçi (evlərə qəzet çatdıran oğlan) işləyib. Daha sonra model karyarsına başlayıb, Gucci brendinin reklamında iştirak edib. Teledebütünü 2000-ci ildə “Fakültə” adlı teleserialında gerçəkləşdirib. Onun iştirakı ilə çəkilmiş ilk kinofilm  - “Əbədi savaş” azbüdcəli filmi 2001-ci ildə ekranlara çıxıb. Daha çox “Sindrellanın hekayəsi”, “Tək ağacı olan təpə” (2003-2012), “Mum fiqurlar evi” (2005), “Dəlisov cümə” (Freaky Friday, 2003) filmlərində oynadığı rollara görə tanınır. IMDB məlumat bazasına görə karyerası ərzində 40-dan çox film və serialın çəkilişində iştirak edib. 16 aprel 2005-ci ildə aktrisa Sofiya Buşla ailə qurub. Ancaq elə həmin ilin sentyabrında onlar yollarını ayırdıqlarını elan edib. Lakin uzun sürən məhkəmə prosesi nəticəsində boşanma yalnız 2006-cı ildə rəsmiləşib. 2006-cı ildə Kenzi Daltonla görüşməyə başlayıb. Həmin ilin aprel ayında onlar nişanlandıqlarını bildiriblər. 2013-cü ilin avqust ayında nişanları ləğv olunub və onlar ayrılıblar. 2013-2014-cü illərdə Mürrey aktrisa Nikki Uilanla görüşüb. 2014-cü ildə aktrisa Sara Remerlə görüşməyə başlayıb. 2015-ci ildə onlar evləndiklərini və artıq uşaq gözlədiklərini elan ediblər. 2015-ci ildə oğlu, 2017-ci ildə qızı doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%8E%D1%80%D1%80%D0%B5%D0%B9,_%D0%A7%D0%B0%D0%B4_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB  

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç