Mürrey Qold

Mürrey Qold

Bəstəkar

BİOQRAFİYA

Mürrey Qold - ingilis teatr, televiziya və kino bəstəkarıdır. Daha çox “Doktor Kim” epik elmi-fantastik serialı və onun spin-off-larına yazdığı saundtreklərə görə tanınır. 4 qat BAFTA nominantıdır (“Şöhrət yarmarkası”, 1999; “Yaxın dostlar”, 2000; “Kazanova”, 2006; “Doktor Kim”, serial, 2008). 2003-cü ildə “Həyat sevgisi” filmi mükafat qazanıb. O eyni zamanda dörd dəfə “Kral Televiziya İcması” mükafatına namizəd olub. Daha çox “Doktor Kim” fantastik serialının icraçı prodüseri və ssenaristi Ti Deyvislə əməkdaşlıq edir (“Kazanova”, “İkinci gəliş”, “Yaxın  dostlar” və s.). Onunla birgə üzərində çalışdığı son telelayihələrdən biri “Tənha ata” serialıdır. 2005-ci ildən etibarən BBC-də yayımlanan “Doktor Kim” serialının musiqi direktoru və bəstəkarıdır. Eyni zamanda bir sıra Hollivud kinolayihələrində iştirak edib. Buna misal kimi rejissor Frenk Ozun “Yas mərasimində ölüm” və rejissor Penni Vulkokun “Çox ağır gecə” (Mischief Night) filmlərini göstərmək olar. 2009-cu ildə Pablo Koelhonun eyniadlı romanının motivləri əsasında çəkilmiş “Veronika ölməyə qərar verir” dramının bəstəkarı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%BB%D0%B4,_%D0%9C%D1%8E%D1%80%D1%80%D0%B5%D0%B9 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç