Paolo Koelyo

Paolo Koelyo

Yazıçı, ssenarist, aktyor, prodüser

BİOQRAFİYA
Paulo Koelyo 24 avqust 1947-ci ildə anadan olub. Paulo Koelyo Braziliyanın Rio de Janeyro şəhərində anadan olub. Yeniyetməykən Paulo yazıçı olmaq istəyirdi. Həmin dövrdə anasına yazıçı olmaq arzusunu bildirərkən, anası "Əzizim, sənin atan mühəndisdir. O, yüksək məntiqə və savada sahibdir. Bilirsən yazıçılar necə olur?" söyləmişdir. Bundan sonra Koelyo belə qənaətə gəlir ki, yazıçı "həmişə eynək taxır və saçlarını daramır" və sanki "öz nəsli-nəcabəti tərəfindən anlaşılmamaq borcu və vəzifəsi daşıyır". Paulonun qapanıqlığı və ənənəvi düşüncələrə qarşı çıxması onun valideynlərini dəhşətli qərar verməyə vadar edir: 16 yaşındaykən Paulo Koelyo ruhi xəstəxanaya yerləşdirilir və o, xəstəxanadan 20 yaşı olanadək 3 dəfə qaçır. Sonralar Koelyo qeyd etmişdir ki, "Bu o demək deyildi ki, valideynlərim məni istəmirdilər, onlar sadəcə nə edəcəklərini bilmirdilər. Onlar bunu məni məhv etmək üçün deyil, qorumaq üçün etmişdilər". Valideynlərinin arzusu ilə Paulo hüquq ixtisası üzrə təhsilini davam etdirir. Bir ildən sonra hippi həyatına başlayır və Cənubi Amerika, Şimali Afrika, Meksika və Avropaya səfər edir, 60-cı illərin narkotika mədəniyyətinə qoşulur. Braziliyaya qayıdanadək Paulo Koelyo Elis Regina, Rita Li və braziliyalı ulduz Raul Seyşasa musiqi sözləri yazmaqla məşğul olur. 1974-cü ildə hakimiyyətdə olan hərbi sistem onu "xuliqanlıq" ittihamı ilə həbs edir, onun şeirləri sol-yönümlü və təhlükəli hesab olunurdu. Koelyo yazıçı fəalliyətinə başlamazdan öncə həmçinin aktyor, jurnalist və teatr rejissoru kimi çalışıb. 1986-cı ildə həyatının dönüş nöqtəsi olan bir addımı atır: Şimal-qərbi İspaniyada yerləşən və 500 mildən uzun olan Santyaqo de Kompostela (Santiago de Compostela) yolunu piyada keçir. Yol boyunca ruhi oyanış qazanan Koelyo hisslərini avtobioqrafik əsəri olan "Zəvvarlıq" əsərində qeyd edir. Müsahibələrin birində bildirmişdir ki, " (1986-cı ildə) Etdiklərimlə çox xoşbəxt idim. "Kimyagər"də işlətdiyim ifadə kimi, mənə su və qida verən işlə məşğul idim - işləyirdim, sevdiyim insan var idi, pulum var idi, amma xəyallarımı gerçəkləşdirməmişdim. Əvvəl də, elə indi də ən böyük arzum yazıçı olmaqdır". O, mahnılar üçün yazdığı şeirlərdən yüksək gəlir götürsə də, bu sənətdən imtina edir və özünü tam olaraq yazıçılığa həsr edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Paulo_Koelyo
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç