Frensis Ford Koppola
Prodüser, rejissor, ssenarist, aktyor, montajçı, bəstəkar
Frensis Ford Koppola 7 aprel 1939-cu ildə Detroytda anadan olub. Daha çox “Xaç atası” kinotrilogiyasının və Vyetnam müharibəsi haqqında “Apokalipsis bugün” rejissoru kimi məşhurdur. Taliya Şayrın qardaşı, Nikolas Keycin və Ceyson Şvartsmanın dayısıdır (əmisidir), Sofiya Koppola və Roman Koppolanın atasıdır. Frensis altı dəfə “Oskar” mükafatını lauretıdır. Həmçinin ”Prodüser kimi kinosənayesinin inkişafına verdiyi töhfəyə görə” mükafatlandırılıb. Koppola üç qızıl mükafatını "ən yaxşı ssenari", "ən yaxşı film", "ən yaxşı rejissor" nominasiyasında alıb. Bundan başqa “Söhbət” və “Apokalipsis bugün” filmlərinə görə ikiqat “Qızıl palma budağı” mükafatının sahibidir. Çoxsaylı kinemotoqrafiya mükafatı laureatı və nominasiyalara namizəd olub. 1962-ci ildə tanınmış rejissor Rocer Kormanın assistenti olub. 1963-cü ildə isə ilk “Ağılsızlıq 13” filmini çəkib. 1972-ci ildə Mario Pyuzonun eyniadlı romanı əsasında çəkilmiş “Xaç atası” filmi isə əsl sensasiya yaratdı. Baş rollarda Marlon Brando və Al Paçino çəkilib. Ardınca filmin daha iki hissəsi çəkilib. Film kinotrilogiya şəklindədir. 1975-ci ildə Koppola Kaliforniya ştatının Napa dairəsində şərabçılıqla məşğul olmağa başlayıb. Onun şərab zavodlarında ondan artıq şərab növü istehsal olunur. Şərablardan birini qızı Sofiya Koppolanın şərəfinə Sofiya adlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BF%D0%BF%D0%BE%D0%BB%D0%B0,_%D0%A4%D1%80%D1%8D%D0%BD%D1%81%D0%B8%D1%81_%D0%A4%D0%BE%D1%80%D0%B4