Sofia Koppola
Aktrisa, rejissor, ssenarist, prodüser, operator, rəssam
Sofiya Karmina Koppola 14 may 1971-ci ildə Nyu Yorkda (ABŞ) anadan olub. Frensis Ford Koppolanın və Eleonor Cessi Koppolanın qızıdır. Nikolas Keycin qohumudur. Hələ uşaq yaşlarından atasının filmlərində çəkilməyə başlayıb. Onun ilk rolu “Xaç atası” filmində xaç suyuna salma səhnəsində uşaq rolu olub. Sofiya atasının filmlərindən kənar “Anna” (1987) filmində çəkilib. Buna baxmayaraq aktrisanın ən məşhur rolu “Xaç atası” (1990) filminin üçüncü hissəsində Meri Korleone rolu hesab olunur. Bu roldan sonra sərt tənqidlərə məruz qalan Sofiya aktyorluq karyerasına son qoyur. Lakin “Manka Zetterlendin məktubları” (1992) və “Ulduz müharibələri” (1999) filmlərində epizodik rollarda çəkilib. Hal-hazırda Sofiya Koppola kinorejissor kimi tanınıb. O “Ulduzu üstələ” (1996), “İntihar edən bakirələr” (1999), “Tərcümənin çətinlikləri” (2003), “Mariya-Antuanetta”, “O haradadır” (2010) və “Elit cəmiyyət” (2013) kimi altı filmin rejissorudur. “Tərcümənin çətinlikləri” ən uğurlu filmi hesab olunub. Orijinal ssenari və ən yaxşı film nominasiyasında “Oskar” və üç “Qızıl qlobus” mükafatlarına layiq görülüb. Ən yaxşı rejissor nominasiyasında “Oskar” mükafatına namizəd olmaqla, Koppola “Oskara” namizəd olan üçüncü qadın rejissor kimi tarixə düşüb. Sofiya Koppolanın üçüncü tammetrajlı filmi “Mariya Antuanetta” Fransa kraliçasının faciəli taleyindən bəhs edir. Baş rolda Kirsten Danst, XVI Lüdviki isə Cekson Şvartsman ifa edib. 2014-cü ildə 67-ci Kann Kinofestivalının münsif heyətinin üzvü olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BF%D0%BF%D0%BE%D0%BB%D0%B0,_%D0%A1%D0%BE%D1%84%D0%B8%D1%8F