E. Elias Meric
Rejissor, ssenarist, prodüser, operator
Edmund Elias Meric — amerikalı rejissor, ssenarist, prodüser və kinooperatordur. Meric 1964-cü ildə Bruklində (ABŞ) anadan olub. Nyu-York Universitetində kinosənəti üzrə təhsil alıb. 1980-cı illərdə Meric "Implosion" (1983), "Spring Reign" (1984) və "A Taste of Youth" (1985) qısametrajlı filmlərini çəkib. 1991-ci ildə Meric ilk rejissor işi olan “Begotten” filmini çəkib. 2000-ci ildə Meric Fridrih Marnau və onun “Nosferatu. Dəhşət simfoniyası” klassik qorxu filmi haqqında “Qaniçənin kölgəsi” trillerini çəkir. Mericin sözlərinə görə filmə prodüserlik edən Nikolas Keyc ona bu iş təklifini edib. Film dəhşət və absurd təsəvvürlərin uğurlu uzlaşmasına görə tənqidçilərin müsbət rəyini alıb. Onun 2004-cü ildə çəkdiyi “Qatillər ovçusu” filmi daha az uğur qazanıb. Lakin tənqidçi Rocer Ebert Mericin yaradıcılığına hörmətlə yanaşaraq və onun rejissor işini yüksək qiymətləndirərərək filmi mürəkkəb, qarışıq kimi xarakterizə edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D1%80%D0%B8%D0%B4%D0%B6,_%D0%AD%D0%B4%D0%BC%D1%83%D0%BD%D0%B4_%D0%AD%D0%BB%D0%B8%D0%B0%D1%81