Kristian Zebalt

Kristian Zebalt

Operator, prodüser

BİOQRAFİYA

Kristian Zebalt – almaniyalı operator və prodüserdir. Populyar “CSI: Cinayət yerinin araşdırılması” detektiv serialının çəkilişində gördüyü operator işinə görə tanınır. Həmin serialdakı fəaliyyəti ilə əlaqədar 2010-cu ildə “Tək kamera ilə ən yaxşı operator işi” nominasiyasında “Emmi” mükafatçısı olub. Bundan başqa bir sıra yüksək reytinqli və büdcəli kinolayihələrdə də iştirak edib (“Şər sakini”, “Qorxu.com” və s.). “Toyota”, “Energizer” şirkətlərinin reklam çarxlarını çəkib. 22 may 1958-ci ildə Almaniyanın Münhen şəhərində anadan olub. Zebalt Amerika Kinematoqraflar (Operatorlar) Cəmiyyətinin, Bədii film İncəsənət və Elmlər Akademiyası, Televiziya incəsənəti və Elmləri Akademiyası, Vizual Effektlər Cəmiyyəti və sair təşkilatların üzvüdür. 2001-ci ildən bəri ssenarilərin redaktoru Meri Enn Süvardla evlidir. Bir övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Christian_Sebaldt

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç