Nataşa Makelhon
Aktrisa
Nataşa Makelhon 14 dekabr 1969-cu ildə Londonun Uolton-apon-Temz qəsəbəsində (Böyük Britaniya) anadan olub. 3 yaşında olanda valideynləri boşanıb. Balaca Nataşa anası, atalığı və qardaşı Deymonla Brayton şəhərinə köçüb. Orada Müqəddəs Məryəm qızlar məktəbində oxuyub. Daha sonra təhsilini London Musiqi və Dram İncəsənət Akademiyasında davam etdirib. Təhsil aldığı vaxt bir neçə teatr tamaşasında o cümlədən “III Riçard”, “Qraf Monte-Kristo”, “Albalı bağı”, “Yay gecəsində yuxu” tamaşalarında səhnəyə çıxıb. 1993-cü ildə “Pikasso kimi yaşamaq” filmində kinodebütünü həyata keçirib. Daha sonra ona dünya şöhrəti qazandırmış “Ronin” və “Truman şousu” blokbasterlərinə çəkilib. Corc Kluni, Bred Pitt, Robert De Niro, Kristian Beyl, Cim Kerri kimi görkəmli aktyorlarla çiyin-çiyinə çəkilməsinə baxmayaraq, izafi diqqəti sevmir və azbüdcəli filmlərə üstünlük verir (məs. “Solyaris”, “Kabuslar şəhəri”, “Missis Dallouey” və s.). Bundan başqa BBC-nin “Boleyn nəslinin nümayəndəsi” (Another of Bolein) serialında canlandırdığı obrazla tanınır. 1996-cı ildə “Pikasso kimi yaşamaq” filmində Entoni Hopkinslə tərəf-müqabili olması ilə Hollivud rejissorlarının diqqətini çəkib. Film haqqında o qədər də ürəyaçan tənqidçi rəyləri olmasa da, aktrisanın performansı olduqca yüksək qiymətləndirilib və onun Hollivuda aparan yolunu açıb. 20 may 2008-ci ildə hakimə olduğu vaxt dəhşətli xəbəri öyrənir. Əri – tanınmış cərrah Martin Hiriqoyen Kelli Londondakı evlərində ölmüş aşkarlanıb. Tibbi ekspert müayinəsi onun ürək çatışmazlığından öldüyünü ortaya çıxarıb. Onun bu nikahdan 3 övladı var - Teo, Otis və Reks.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D1%8D%D0%BB%D1%85%D0%BE%D0%BD,_%D0%9D%D0%B0%D1%82%D0%B0%D1%88%D0%B0