Selin Demiratar

Selin Demiratar

Aktrisa

BİOQRAFİYA

Selin Dəmiratar 20 mart 1983-cü ildə Ərzincanda (Türkiyə) dünyaya gəlib. Selin Dəmiratar atasının işinə görə daim şəhər dəyişmək məcburiyyətində qalıb. Bu səbəbdən Adana, Ankara, Antalya və İstanbul kimi bir çox şəhərlərdə yaşayıblar. Aktyorluq karyerasına ilk olaraq "Qoçum Mənim" adlı TV serialı ilə başlayıb. Memar Sinan Universitetində oxuyub. 1999-cu ildə keçirilən "Miss Globe" gözəllik müsabiqəsində Türkiyədə birinci, dünyada isə 3-cü sırada yer alıb. Göstərdiyi bu uğurla önü açılıb və şöhrət qazanıb. Daha sonra bir çox serial və filmlərdə rol alıb. 2003-cü ildə çəkilişinə başlanan və iki il sürən "Litsey dəftəri" adlı gənclər sırasında baş rol oynayıb. Burada oynadığı Doğru xarakteri çox sevilib. Azərbaycan tamaşaçısı bu aktrisanı daha çox "Acı hayat" serialındakı Nərmin obrazı ilə yadda saxlayıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Selin_D%C9%99miratar

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç