Riç Mur

Riç Mur

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Riç Mur – amerikalı animasiya rejissoru, “Rough Draft Studios” şirkətinin partnyorudur. Kreativ çarələr üzrə vitseprezident vəzifəsini yerinə yetirir. “Simpsonlar” üzərində gördüyü işə görə tanınır, 90-cı illərdə adı çəkilən animasiya serialının praym-taym şousuna çevrilməsində əvəzsiz rol oynayıb. Rejissor işləri arasında “Simpsonlar”, “Futurama”, “Tənqidçi”, “Multreallıq”, “Casus casusa qarşı”, “Beybi BLüz” cizgi film və serialları yer alır. O həmçinin “Futurama” və “Tənqidçilər” cizgi seriallarının supervayzer–rejissoru olub. Erkən rejissor işləri arasında “Simpsonlar: Kino” tammetrajlı cizgi filmi yer alır. Animasiyanı Kaliforniya İncəsənət İnstitutunda öyrənib. Riç iki “Emmi” mükafatçısı olub, bundan başqa “Enni” və “Ruben” mükafatı qazanıb. Riç bundan başqa “Otur, iki!” cizgi serialının rejissor-supervayzeri vəzifəsində çıxış edib. Sözü gedən serial 2009-cu ildə Fox-da yayımlanıb. Mur həmçinin “Ralf” və “Ralf İnternetə Qarşı” (2018) cizgi filmlərinin rejissoru kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%83%D1%80,_%D0%A0%D0%B8%D1%87  

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç