Marina De Tavira

Marina De Tavira

Aktrisa

BİOQRAFİYA

Marina de Tavira Servite - meksikalı aktrisadır. Ən yaxşı ikinci plan aktrisa nominasiyasında “Oskar” mükafatına namizəd olub (“Roma” filmində Sofiya roluna görə). Marina de Tavira 1974-cü ildə anadan olub. Aktyorluq sənətini La Casa Del Teatro studiyasında öyrənib. Həmçinin San-Kaetano şəhərinin Teatr mərkəzi və Teatr hazırlıq mərkəzində təhsil alıb. İlk rolunu “Həkim Freydin yeni xoşbəxt əsri” tamaşasında oynayıb. Marina de Tavira “Grubo Bimbo” (iri qida məhsulları istehsalçısı) holdinqinin sahibi Lorenso Servitenin nəvəsidir. Atası bir neçə il əvvəl qətlə yetirilib (cinayət işi indiyə kimi açıq qalıb – 2019-cu il). Aktrisa La Casa Del Teatro studiyasında aktyorluq sənətindən dərs deyir. Enrike Sinqerlə birlikdə “İncidente Teatro” prodakşn şirkətini təsis edib. Marina de Tavira 25-dən çox tamaşada iştirak edib. Dünya şöhrətini ona rejissor Alfonso Kuaronun 2018-ci ildə lentə aldığı “Roma” filmi gətirib. Oynadığı ikinci plan aktrisa rolu ona “Oskar” nominasiyası qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5_%D0%A2%D0%B0%D0%B2%D0%B8%D1%80%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç