Yalitsa Aparisio
Aktrisa
Yalitsa Aparisio Martines 11 dekabr 1993-cü ildə Meksikanın Oahaka ştatının Eroyka-Südad-de-Tlahyako şəhərində dünyaya göz açıb. Debüt rolunu rejissor Alfonso Kuaronun 2018-ci ildə ekranlara çıxan və ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatı qazanmış “Roma” dramında oynayıb. İlk rolu ona ən yaxşı qadın rolu nominasiyası qazandırıb. Aparisionun valideynləri Meksika aborigenlərinin nəslindədir. Belə ki atası miştek, anası trike tayfasındandır. Miştek dilində danışa bilməsə də, Roma filminin çəkilişləri üçün həmin dili öyrənməli olub. Aparisio xadimə işləyən tənha ana tərəfindən böyüdülüb. Onun məktəbəqədər təhsil üzrə elmi dərəcəsi var. Aktyorluq sənəti üzrə təhsili yoxdur. Peşəcə bağça pedaqoqudur. “Roma” filmində oynadığı rol ona “Oskar” nominasiyasından savayı, Critics’ Choice Movie Awards, “Qotem”, San-Fransisko kinotənqidçiləri dərnəyi, “Peyk” və digər mükafatlara namizəd edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BF%D0%B0%D1%80%D0%B8%D1%81%D0%B8%D0%BE,_%D0%AF%D0%BB%D0%B8%D1%86%D0%B0