Mettyu Libatik

Mettyu Libatik

Operator, aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Mettyu Libatik 19 iyul 1968-ci ildə Nyu Yorkda (ABŞ) anadan olub. Valideynləri Filippindən olan imiqrantlardır. Fullerton şəhərində Kaliforniya Universitetində sosiologiya və kütləvi kommunikasiya fakültəsini bitirib. 1992-ci ildə təhsilini bitirib. 1992-1995-ci illərdə Amerika kinoinstitutunda incəsənət üzrə magistr dərəcəsi alıb. Treysi Çepmen, Jay-Z, Xzibit və The Cranberries, Incubus, Bad Religion qruplarının iştirakı ilə reklam və musiqi videokliplərini çəkib. Darren Arafonski, Spayk Li və digər müstəqil rejissorlarla daimi əməkdaşlıq edir. Televiziyada işləyir. 2002-ci ildən Amerika kinooperatorlar cəmiyyətinin üzvüdür. “Telefon budkası” (2002), “Qotika”(2003), “Qara qu quşu” (2010), “Dəmir adam” (2008), “Dəmir ada 2” (2010), “Çirak” (2015), “Pele: Əfsanənin doğulması” (2016), “Maliyyə bədheybəti” (2016), “Ulduz doğuldu” (2018), “Venom” (2018) və sair filmlərin və “Böyük təqiblər” (1972-2014), Women: Stories of Passion (1997) seriallarının, Soldier Boyz (1997) oyun çəkiliş prosesinə operator qismində rəhbərlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%B1%D0%B0%D1%82%D0%B8%D0%BA,_%D0%9C%D1%8D%D1%82%D1%82%D1%8C%D1%8E

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç