Robert Ballard

Robert Ballard

Tədqiqatçı, hərbçi

BİOQRAFİYA

Robert Dueyn Ballard - amerikalı tədqiqatçı, okeanoloq, keçmiş ABŞ hərbi dəniz qüvvələri komandiridir. Sualtı arxeologiya sahəsində imza atdığı tapıntıları ilə tanınır. 1985-ci ildə “Titanik” laynerinin və 1989-cu ildə Almaniyanın “Bismark” linkorunun dağıntılarını aşkarlayıb. 1998-ci ildə isə onun səyləri nəticəsində USS Yorktown aviadaşıyıcısının olduğu yer müəyyən edilib. 2002-ci ildə keçmiş ABŞ prezidenti Con Kennedinin başçılıq etdiyi PT-109 torpedo katerinin qalıqlarını aşkarlayıb. Robert Dueyn Ballard 30 iyun 1942-ci ildə anadan olub. Kaliforniya ştatının San-Dieqo şəhərində boya-başa çatıb. Anası alman, atası britaniyalıdır. Sualtı tədqiqatlara olan həvəsinin onda Jül Vernin “İyirmi min lye sualtında” romanı sayəsində yarandığını bildirib. 1962-ci ildən North America Aviation da işləməyə başlayıb. Atası xidmətin “Minitmen” proqramının baş mühəndisi olub. 1965-ci ildə Kaliforniya Universitetini bitirib. Kimya və geologiya ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Tələbə olduğu illərdə “Sıgma Alpha Epsilon” qardaşlığına üzv olub. Həmçinin ABŞ ordusunun Reserve Officers' Training Corps kollecini bitirib. Sözü gedən kollec ABŞ silahı qüvvələri üçün zabitlər yetişdirir. İlk magistr dərəcəsini Havayi Universitetinin geofizika kafedrasında əldə edib. Həmin vaxt dolanmaq üçün delfinlərin və balinaların ram edilməsi ilə məşğul olub. Ailə qurduqdan sonra yenidən North American Aviation aviasiya xidmətinə qayıdıb. Cənubi Kaliforniya universitetində dəniz geologiyası üzrə elmlər namizədi adını dərəcəsini qazanıb. 1967-ci ildə ABŞ-da həqiqi hərbi xidmətə çağırılıb. Xahişi əsasında, Ballard okonoloq olaraq ordudan Hərbi dəniz qüvvələrinə köçürülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BB%D0%BB%D0%B0%D1%80%D0%B4,_%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç