Nil Marşall

Nil Marşall

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Nil Marşall 25 may 1970-ci ildə Böyük Britaniyanın Nyukasl-apon-Tayn şəhərində anadan olub. 11 yaşından, böyüyəndə kinorejissor olacağını özü üçün qətt edib. İndiana Cons macəra saqası bu baxımdan onu ilhamlandırıb. Yeniyetməlik illərində həvəskar videolar çəkərək, montaj işini öyrənib. 1989-cu ildə Nortumbriya politexnik kollecinə daxil olub. Bir neçə il sonra müxtəlif studiyalarda montajçı kimi fəaliyyət göstərməyə başlayıb. 1995-ci ildə “Vaxtında öldürmək lazımdır” (1998) filminin yaradılmasında iştirak edib (ssenarist qismində). Rejissorun ilk müstəqil kinolayihəsi – “Döyüşçü itlər” kiçikbüdcəli qorxu filmi olub. Həmin ekran əsərinə görə “Qızıl qarğa” və Brüssel Festivalının “Peqas” (2002) mükafatını qazanıb. Bundan başqa ən yaxşı DVD reliz nominasiyasında “Saturn” mükafatı ilə təltif edilib. Növbəti işi “Məhşər günü” adlı apokaliptik fantastik qorxu filmi olub, rejissorluqdan başqa ssenarisini də özü yazıb. 2005-ci ildə karyerasının ən uğurlu filmlərindən sayılan “Eniş” horror-filmi böyük ekranlara yol tapıb. 2009-cu ildə tarixi dram janrına üz tutaraq bir sıra Hollivud ulduzlarının iştirakı ilə “Senturyon” filmini ərsəyə gətirib. Daha çox “Döyüşçü-itlər”, “Eniş” qorxu filmlərinin və “Senturyon” tarixi dramının rejissoru kimi şöhrət qazanıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%88%D0%B0%D0%BB%D0%BB,_%D0%9D%D0%B8%D0%BB_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Montaj
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç