Sol Gön-Qu

Sol Gön-Qu

Aktyor

BİOQRAFİYA

Sol Gön-Qu 1 may 1968-ci ildə Cənubi Koreyanın Siçun şəhərində dünyaya gəlib. 1986-cı ildə Hanyanq universitetinə daxil olub. Orada teatr və kino sənəti üzrə ali təhsil alıb. Aktyor iki dəfə evli olub. Hazırda aktrisa Son-Yun-A ilə yaşayır. Bu izdivacdan bir oğlu var. Peşəkar karyerasına teatr səhnəsində qədəm qoyub. Çoxsaylı teatr tamaşalarında, o cümlədən Sem Şepardın yerli adaptasiyalarında iştirak edib. 90-cı illərin ortalarından ikincidərəcəli rollara çəkilir. 1999-cu ildə “Nikbin forel” və “Nanəli konfet” filmlərində ilk dəfə olaraq baş rollara çəkilib. 2001-ci ildə “Arvadım olsaydı” romantik komediyasında mərkəzi kişi obrazını canlandırıb. Aktyorun digər əlamətdar filmlərinə: “Xalqın düşməni” trilogiyası və “Oazis” bədii filmi daxildir. Sonuncu ona ən yaxşı rejissor işi nominasiyasında “Gümüş şir” mükafatı qazandırıb. Gön-Qu bundan başqa “Silmido”, “2012: Sunami”, “Qüllə” kimi filmlərdə də müxtəlif qəhrəmanları oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/seol_kyeonggu/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç