Raciv Kapur
Aktyor, prodüser, montajçı, rejissor
Raciv Kapur — hind kinosunun əfsanəsi, aktyor, rejissor, prodüser Rac Kapurun və onun həyat yoldaşı Krişna Kapurun kiçik oğludur. 25 avqust 1962-ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Onun babası Prithvirac Kapur, iki əmisi Şammi və Şaşi, iki qardaşı Randhir və Rişi hind kinosunun məşhur ulduzlarıdır. Atasının son çəkdiyi “Qanq, sənin suların bulanıb” (1985) filmində çəkilib. Sonuncu dəfə 1990-cı illərdə filmlərə çəkilən Raciv daha sonra özünü rejissor və prodüser kimi sınayıb. “Evə qayıdış” (1999), “Sevgi kitabı” (1996), “Henna” (1991) filmlərinin prodüseri olub. “Sevgi kitabı” (1996) filminə rejissorluq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rajiv_Kapoor