Ben Kross
Aktyor, prodüser
Harri Bernard Kross – aktyor, rejissor, yazıçı, musiqiçidir. Daha çox “Odlu arabalar” filmində oynadığı rolun hesabına şöhrət qazanıb. Xarizmatik xarici görünüşü sayəsində rejissorlar ona başlıca olaraq antoqonist obrazları həvalə edirlər. Harr Bernard Kross 16 dekabr 1947-ci ildə Londonda anadan olub. Fəhlə sinfindən olan irland-katoliklər ailəsində böyüyüb. Anası xadimə, atası qapıçı və şəfqət qardaşı olub. Edam cəzasının qatı əleyhdarlarından olan Kross 2005-ci ildə Brüse Qremin pyesində ölüm hökmu verilmiş məhbusu oynayıb. 2006-cı ildə BBC-nin “Nürnberq prosessi: Məhkum skamyasına əyləşən nasist cinayətkarlar” filmində Rudolf Hess rolunda çıxış edib. 2007-ci ilin noyabr ayında “Ulduz yolu” filminin remeykində Sarek roluna təsdiq olunub. Filmin rejissoru C.C. Abrams olub. 2011-ci ilin aprel ayında onun iştirakı ilə mavi ekranlara “Uilyam və Keyt” teledramı çıxıb. Filmdə Ben Uels şahzadəsi Çarlz obrazını canlandırıb. Kross dünyanın bir çox şəhərlər və ölkələrində o cümlədən, London, Los-Anceles, Nyu-York, cənubi İspaniya, Vyana və Sofiyada yaşayıb. İspan, italyan, alman, bolqar dillərində danışa bilir. Şəxsi həyatına gəlincə iki dəfə evli olub: ilk həyat yoldaşı Penni ilə nikahından (1977-1992) iki övladı var (Teodor və Loren). İkinci həyat yoldaşı Mişellə evliliyi 2005-ci ilə kimi davam edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D0%BE%D1%81%D1%81,_%D0%91%D0%B5%D0%BD