Mido Hamada
Aktyor
Mido Hamada – almaniyalı-misirli televiziya, teatr və kino aktyorudur. 1971-ci ildə Misirdə anadan olub. Ancaq valideynləri o hələ körpə olanda Almaniyaya köçüb. Amerika səfirliyinin nəzdində fəaliyyət göstərən məktəbdə oxuyub. İngilis, alman və ərəb dillərində səlis danışır. Hamada Oksfordun Dram incəsənət məktəbində oxuyub, hazırda Londonda yaşayır. “11 sentyabra aparan yol” mini serialında Əhməd Şah Məsudu oynayıb. Bundan başqa BBC-nin “Hannibal” tarixi dramında mərkəzi rollardan birini oynayıb. Bundan başqa “Gücü hiss et”, “Səmavi kapitan və gələcəyin dünyası” (2004), “Situasiya” kimi filmlərə çəkilib. 2011-ci ildə “Naməlum” blokbasterində Berlin otelində törədilən suiqəsd cəhdində əli olan səudiyyə şeyxi rolunu oynayıb. O həmçinin “24 saat” serialında uydurma Kamistan dövlətindən olan və həmin “ölkənin prezidentini öldürmüş kəşfiyyat agenti Samir Mehran obrazını canlandırıb. 2014-cü ildə “Snayper” filmində “Qəssab” roluna çəkilib. 2017-ci ildə “Zümrüd şəhər” serialında İmonna roluna çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BC%D0%B0%D0%B4%D0%B0,_%D0%9C%D0%B8%D0%B4%D0%BE