Aleksandr Siddiq
Aktyor
Siddiq əl Tahir əl Fadil əl Siddiq Əbdürrəhman Məhəmməd Əhməd Əbdül Kərim əl Mehdi – sudan əsilli britaniyalı aktyordur. Kino aləmində çoxları onu sadəcə Aleksandr Siddiq deyə çağırır. “Ulduz yolu: Kosmik fəza 9” fantastik serialında doktor Culian Bəşir, “Davinçinin şeytanları” serialında Əl-Rəhim, “Taxt oyunları” serialında şahzadə Doran Martell, “Qotem” serialında Rasal Qula rolu ilə tanınır. Habelə ən çox Oliver Stonun “Cənnət Krallığı” epik tarixi dramında İmad rolu ilə yadda qalıb. Siddiq 21 noyabr 1965-ci ildə Sudanın Vad-Mədəni şəhərində anadan olub. Həyatının böyük hissəsini Böyük Britaniyada keçirib. Əmisi Sudanın baş naziri Sadiq Əl Mehdi, dayısı tanınmış britaniyalı aktyor Malkolm Makdauel olub. Ondan 16 yaş kiçik Aleksandr adlı qardaşı var. St.Lavrenti kollecini bitirdikdən sonra Londonun Kollec Universitetinə daxil olub. Tələbə olduğu illərdə coğrafiya və antropoloqiya üzrə ali təhsil alıb. Ancaq ixtisasın ürəyincə olmadığını görüb, sonradan London Musiqi və Dram İncəsənət Akademiyasına daxil olub. 14 iyun 1997-ci ildən 2001-ci ilə kimi amerikalı aktrisa Nana Vizitorla evli olub. Onlar “Ulduz yolu: Kosmik fəza 9” serialının çəkilişində tanış olub. Bu münasibətlərdən Siddiqin Canqo adlı oğlu var (nikahdan bir il əvvəl- 1996-cı ildə doğulub)
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D0%B4%D0%B4%D0%B8%D0%B3,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80